7
Yorum
10
Beğeni
5,0
Puan
1724
Okunma

Bu gecə zalım gecə,
Yoxdu bil halım gecə.
Dilim lal,gözümdə yaş,
De necə qalım gecə.
Bu gecə sənsiz gecə,
Dumansız,çənsiz gecə.
Mən burda tək,sənsizəm,
Sən orda mənsiz gecə.
Yolumu kəsdi gecə,
Mənlə var qəsdi gecə.
Dedim:”Bir rəhmin olsun,
Bu sitəm bəsdi gecə.”
Aldandın sözə gecə,
Gəlmədin bizə gecə.
Nə edim ki,ürəyim
Həsrətə dözə gecə.
Yar gözün süzdü gecə,
Kənarda gəzdi gecə.
Axşamdan sübhə kimi
Dərd məni üzdü gecə.
Saçından qara gecə,
De,gedim hara gecə?
Həsrətin ürəyimə
Vurubdu yara gecə.
Olubdu yarı gecə,
Gözlədim yarı gecə.
Könlüm,ara,yarı tap,
Yarından yarı gecə.
İlə dönüb an gecə,
Qəlbim olub qan gecə.
Mən yanıram,sən də gəl
Alış,tutuş,yan gecə.
Üzür məni qəm gecə,
Kirpiyimdə nəm gecə.
Təkcə səni istərəm
Könlümə həmdəm gecə.
Yollarım daşlı gecə,
Yar gözü yaşlı gecə.
Gəlmədim, yar üzüldü,
Mən başıdaşlı gecə.
Sil gözdən yaşı gecə,
Tök yerə daşı gecə.
Vüsalının xətrinə
Verərəm başı gecə.
Gəl olaq qoşa gecə,
Qalaq başbaşa gecə.
Qiyma ki,göz yaşımdan
Dəryalar daşa gecə.
Eşq olub kəsir gecə,
Mən ona əsir gecə.
Ürəyimdə qəm yeli,
Aramsız əsir gecə.
Qırılıb sazım gecə,
Qış olub yazım gecə.
Yapış əlimdən,qoyma
Yolumu azım gecə.
Göydə gəzir Ay gecə,
Buludlar lay-lay gecə.
İnsaf eylə,yarından
Əsirgəmə pay gecə.
Bu gecə qərib gecə,
Fikrimi gərib gecə.
Dərd könlümün çiçəyin
Zor ilə dərib gecə.
5.0
100% (9)