6
Yorum
8
Beğeni
5,0
Puan
1131
Okunma

Sevdiyim,eşq dünyasın
Səninlə tən bölüm qoy.
Qəm-kədəri unudub,
Sənlə birgə gülüm qoy.
Sənlə bir olsun yolum,
Partlasın sağım-solum.
Əlində dəsmal olum,
Göz yaşını silim qoy.
Daraq olum telinə,
Kəmər olum belinə.
Gəl bir yanaq,külünə
Qoy qarışsın külüm,qoy.
Dünya olarsa cənnət,
Gözümdə yoxdu,əlbət.
Fədayam,sənə minnət,
Ayağında ölüm qoy.
5.0
100% (8)