9
Yorum
12
Beğeni
5,0
Puan
2084
Okunma

Bir sevginin atəşində qalandıq,
Sevgi yolun biz əl-ələ dolandıq.
Söylə nədən yarıyolda dayandıq,
O sevgidən ikimizə nə qaldı?!
O yollarda hey qırıldı ürəklər,
Qəlbimizdə dondu arzu-diləklər.
Nə vardısa,çaldı bizdən küləklər,
O sevgidən ikimizə nə qaldı?!
Dilimizdə sındı neçə sözümüz,
Kül altında qalıb artıq közümüz.
Görən indi bilirikmi ozümüz,
O sevgidən ikimizə nə qaldı?!
Xatirələr hopdu aya,illərə,
Hey rastladıq neçə-neçə fellərə.
Eşqimiz də çox dolandı dillərə,
O sevgidən ikimizə nə qaldı?!
Xoş anları arxamıza ötürdik,
Əlimizdə nə vardısa itirdik.
Sevgimizi bax beləcə bitirdik,
O sevgidən ikimizə nə qaldı?!
Hicran adlı bir atəşdən bezmədik,
Bu dünyanın sinağına dösmədik.
Aramızda olanları çözmədik,
O sevgidən ikimizə nə qaldı?!
5.0
100% (9)