10
Yorum
13
Beğeni
5,0
Puan
1487
Okunma

Aylı gecə,sərin meh,
Tənha ada,bir də biz.
Sübhə kimi yuyunsun
Dalğalarda əksimiz,
Şahidimiz tək dəniz...
Gəl yumaq gözümüzü,
Saxlayaq sözümüzü.
Unudaq özümüzü,
Qalmasın həsrətdən iz,
Şahidimiz tək dəniz.
Odun məni dağlasın,
Əl-qolumu bağlasın.
Ağlımı oğurlasın
Səndəki o ağ bəniz,
Şahidimiz tək dəniz.
Sən eşqimdə bircə,tək,
Göylərdən enmiş mələk.
Sevgimiz də dəniztək
Ayna kimi tərtəmiz,
Şahidimiz tək dəniz.
5.0
100% (11)