11
Yorum
13
Beğeni
5,0
Puan
2193
Okunma

İncir ağ,üzüm qara,
Ağ sərim,düzüm qara.
Yar yanında nə vaxtdı
Olubdu üzüm qara.
Düşdüm dağa,dərəyə,
Meyil saldım əriyə.
Sən gələsən,qəlbimin
Nola buzu əriyə.
Sel gəldi,çaylar daşdı,
Həsrət mənə yoldaşdı.
Ürəyimdə qəm-qüssə
Özüm boyda bir daşdı.
Az qalıb bahar-yaza,
Özün çəkibdi naza.
Özü gəlmir,gəlməsin,
Barı bir məktub yaza.
Nə vaxt gül dərdim ona?!
Qalxdı bir dərdim ona.
Yük üstündən yük oldu
Mənim də dərdim ona.
Gözləri süzər məni,
Sanar qızıl-zər məni.
Darıxsa,qapı-qapı
Ərinməz,gəzər məni.
5.0
100% (10)