6
Yorum
7
Beğeni
5,0
Puan
1318
Okunma

Eşqin biçdim əynimə,
Dünya deyil eynimə.
Saçını sal çiynimə,
Telinə qurban olum.
Məni özümdən qopar,
Tovla,özünlə apar.
Könlüm rahatlıq tapar,
Feilinə qurban olum.
Tez-tez eşqimi öyən,
Hərdən qəlbimə dəyən,
Mənə sevgilim deyən
Dilinə qurban olum.
Bir istəyim var kiçik,
Gəl olma məndən incik.
O incədən incəcik
Belinə qurban olum.
Fədayam,deyil yalan,
Qalmışam eşqdə nalan.
Mənə uzalı qalan
Əlinə qurban olum.
5.0
100% (7)