8
Yorum
10
Beğeni
5,0
Puan
1668
Okunma

İz qoymusan ürəyimdə,
Sən arzumda,diləyimdə.
Bir zamanlar gərəyim də
Təkcə sən idin,təkcə sən.
Sənsiz inan bilməm,neynim?
Qalmayıb kimsəyə meylim.
Məcnun idim,eşqdə Leylim
Təkcə sən idin,təkcə sən.
Qıvrılıram qəfəsimdə,
Sənə çatmayır səsim də.
Zor anımda nəfəsim də
Təkcə sən idin,təkcə sən.
Sən dözürdün yoxuma da,
Azıma da,çoxuma da.
Hər gün girən yuxuma da
Təkcə sən idin,təkcə sən.
Aradım bütün cahanı,
Tapmadım sənintək canı.
Fədakarın ən xoş anı
Təkcə sən idin,təkcə sən.
5.0
100% (9)