5
Yorum
7
Beğeni
5,0
Puan
1011
Okunma

Cavan ömrümüzün bahar çağında
Qarı başımıza ələdi dünya.
Kiməsə yüngülsə, vallah, bizimçün
Ağırdan da ağır şələdi dünya.
Kiminə cəhənnəm, kiminə cənnət,
Kiminə bolluca veribdi sərvət.
Kiminə bir xoş gün olmadı qismət ,
Kiminə qurulan tələdi dünya.
Bəzən şübhə etdim görən gözümə,
Heç kəs inanmadı doğru sözümə.
Istədim qəsd edəm özüm-özümə,
Dedilər: “Əl saxla,belədi dünya.”
Çox gördü bizlərə dövləti, varı,
Ehtiyac içində ömrümüz yarı.
Özündən qula da qul Fədakarı
Baxmadı heç nəyə, elədi dünya.
ŞƏLƏ-YÜK
TƏLƏ-TUZAQ
5.0
100% (6)