6
Yorum
10
Beğeni
5,0
Puan
1792
Okunma

Əsirgəmə məndən şirin sözünü,
Qaldır göyə nəzərimdə özünü.
Gözlərimdən çəkmə yana gözünü,
Gözlərinin kölgəsinə al məni,
Sirli sevgi dünyasına sal məni.
İnsaf eylə,gözlərimə bax yenə,
Kirpiyini ürəyimə tax yenə,
Sən yaş olub yanağıma ax yenə,
Qoy aparsın bu sehirli hal məni,
Sirli sevgi dünyasına sal məni.
Bir kimsəni istəmirəm,gülüm,mən,
Bu dünyanı tək səninlə bölüm mən.
Öldürsən də,qollarında ölüm mən,
Dirildəcək ləbindəki bal məni,
Sirli sevgi dünyasına sal məni.
5.0
100% (8)