5
Yorum
6
Beğeni
5,0
Puan
1694
Okunma

Bir payız axşamı
döyəsən qapımı
yağanda narın yağışlar.
Qapını açanda
gözümə zillənə
o məsum baxışlar.
Tutaraq əlindən
aparam içəri özümlə.
Qəlbini oxşayam
ən zərif,ən şirin sözümlə.
Aradan biz silək
hər cürə həsrəti,
Unudaq acını,əzabı,möhnəti.
Gecəni çevirək
şərbətə,şəkərə...
Yolumuz uzana
çox uzaq səhərə.
Qoy olsun bu bizim
ən uzun gecəmiz.
Keçirək bu uzun gecəni
istərsək necə biz...
Çıxaraq vüsalın dadını,
Gəl indi,gözəlim,
özün qoy bu hissin adını...
5.0
100% (5)