6
Yorum
11
Beğeni
5,0
Puan
3363
Okunma

Bu nə işdi gəldi mənim başıma,
Hardan çıxdın heç bilmədim qarşıma?!
Gücüm çatır təkcə gözüm yaşına,
Gəl mənimlə sən də ağla,həkim qız.
Ürəyimi yandırır eşq atəşi,
Sən qoymusan kölgədə lap Günəşi.
Tapammıram könlümə səntək eşi,
Gəl bu sirri gizli saxla,həkim qız.
Kədər pudnan,sevinc gəlir qramnan,
Nəfəs gedir,can üzülür aramnan.
Qətrə-qətrə qan tökülür yaramnan,
Gəl yaramı özün bağla,həkim qız.
Fədakaram,tükənibdi zamanım,
Bir kimsəyə yoxdu daha gümanım.
Razıyam ki,sənnən olsun fərmanım,
Gəl canımı yandır,dağla,həkim qız.
5.0
100% (8)