2
Yorum
1
Beğeni
5,0
Puan
724
Okunma
Tanrı büyük,qoymaz,na çar,
Ayın doğar,günün saçar,
Sənin də gonçan gül açar,
"Aldırma gönül aldırma".
Söz bulamam bu bəstəyə,
Dilim dönmür şikəstəyə,
Rəhm eləyər mən xəstəyə,
"Aldırma gönül aldırma".
Bu qızlar ceyran sürüsü,
Ürkən gözləri irisi,
Səni də sevər birisi,
"Aldırma gönül aldırma".
Göçən durma səfinə bax,
Züy tutanın dəfinə bax,
Mən qəm əhli,kefinə bax,
"Aldırma gönül aldırma".
Ölən bir gün diriləcək,
Dünən toxum,bu gün çiçək,
Aç şişəni suzək içək,
"Aldırma gönül aldırma".
Dodaq dadar,dilə qalmaz,
Geçər möhnət,çilə qalmaz,
Bu dövran da belə qalmaz,
"Aldırma gönül aldırma".
*
5.0
100% (1)