0
Yorum
0
Beğeni
0,0
Puan
596
Okunma
Yarışdıq içimizdə,
Qarışdıq içimizdə,
Qırışdıq içimizdə,
Əyildik,düz olmadıq.
O şey ki,zatı bəlli,
Anlamadıq əməlli,
Bölündük əlli əlli,
Calandıq yüz olmadıq.
Hərf,hərf yazıldıq,
Daş divara qazıldıq,
Neçə cürə yozulduq,
Səs olduq,söz olmadıq.
Vahid,yönün bəridi,
Güvəndin, dağ əridi,
Ağlayan göy kiridi,
Kiriyən göz olmadıq.
*