4
Yorum
4
Beğeni
5,0
Puan
1017
Okunma
Heç olmayır dağım qarsız,
Mövsümlərim son baharsız,
Qımışınca arsız-arsız
Gülsək gülək adam kimi.
Çəkən bilər zəhmətini,
Doğru dürüst qiymətini,
Allah rızqı nemətini
Versə, bölək adam kimi.
Nə fərqi edər ,zəngin,fağı r...
Məhşər ki,var zəhmi ağır,
Tanrım,vaxtdı,b izi çağır,
Dönək gələk adam kimi.
Şey içində cümlə zadıq,
Həm doğma biz,həm də yadıq,
Adam kimi yaşamadıq,
Barı,ölək adam kimi.
*
5.0
100% (5)