1
Yorum
2
Beğeni
5,0
Puan
850
Okunma
("Yazıram dünyanı dəyişmək
üçün" şeirlərindən)
Mövsümləri yazdım tək tək,
Yazı yazdım ayaz oldu.
İlk baharın yaşıl rəngi
Sətirlərdə bəyaz oldu.
Fələk dedim,yoldaş oldum,
Anlatdı nə başa saldı.
Bahar umdum mövsümlərdən,
Güzarımı qışa saldı.
İçim,dışım,barm aqlarım
Qışın buzu,sırsırası.
Xəzan yazdım kövrələndə,
Qanadı gönlüm yarası.
Bulud yazdım,yağmur küsdü,
Haçalandı fikirlərim.
Döngələrin dumanında
Yada düşdü şükürlərim.
Söz aldım torpaqdan,daşda n,
Verəni alana qatdım.
Nəfəsimi rüzgarlara,
Başımı yalana qatdım.
Neçin böylə şaşırmışdım,
Kef dalınca qəm gəlirdi.
Ayaqlarım yorğanıma
Sətirlərdə kəm gəlirdi.
Göz açınca yarınlara
Umutlarım yarğılandı.
Məzar dedim bu dünyaya,
Enim boyum qarğılandı.
Bədəsilə kahbe dedim,
Xanadan xallarım düşdü.
Qol qoymadım hizmətinə
Fəratda qollarım düşdü.
Ora bura daşımaqdan
Sözümün canı üzüldü.
Halal himmet kəlmələrim
Tək tək qursuna düzüldü.
QAPI AÇDIM UMUTLARA...
Qapı açdım umutlara
Geçənləri sayamadım.
Dostlar vardı,göçdü getdi...
Göçənləri sayamadım.
Çalxalandı beynim başım,
Fikrim boğanağa düşdü.
Örkənimin həmən ucu
Yenə doğanağa düşdü.
Sevgi yazdım,mürəkkəb ə
Gözümün yaşı qarışdı.
Umulara, küsülərə
Qələmin başi qarışdı.
Eşqi duyan dodaqlarım
Bəm yerinə zil oxudu.
Gəzdim Məcnun səhrasını
Ayaqlarım dil oxudu.
Şərbət bildim,şüşəsind ə
Çaxırlandı yazılarım.
Oxunmadı,dəftər lərdə
Paxırlandı yazılarım.
Vergülünə ağız büzüb
Nöqtəsinə tüpürdülər.
Əzik üzük kağızları
Çöpə atıb süpürdülər.
...
(davamı)
5.0
100% (3)