2
Yorum
1
Beğeni
5,0
Puan
1224
Okunma

Gəzirəm çəməni,düzü ,ormanı
Sənin camalından yoxdu, Sari qız
Dağ Vüqar duruşlu,Çaylar nəğməlı
Sənə bənzəyənlər çoxdu ,Sarı qız
Üzünə baxanda Lalə utandı
Bənövşə əyildi,qızılgül yandı
Nərgizlər kəndini sənə tay sandı
Sərildi ayağna düzlər ,Sarı qız
Vüqar Məğrurluğun Dağları yardı
Kiçildi önündə təpəyə vardı
Utandı üzünü dumana sardı
Ormanlar pünhandan qaçdı,Sarı qız
Səsini eşitcək çaylar dayandı
Ləhni-Davudundan özü utandı
İnsani çöhrəndə Günəş də yandı
Üç hilal üzündə İşıq ,Sarı qız
Şairlər söz qoşur bildinmi nədən
Millətin yolunda üstünsən məndən
Türk ruhu kükrəyir gözəl səsindən
Dogal manasından üstün,Sarı qiz
könül arkadaşım ,şairə dostum,Nihal Mirdoğana
5.0
100% (1)