2
Yorum
0
Beğeni
5,0
Puan
875
Okunma
Kimdir ol məndə Məni həp arayan ?
Kimdir ol soyularaq haqq sayılan?
Kimdir ol Azadlığna parçalanan?
Sarsıdan orduları ,Türkümə həmvar olasan
Dünyanı qurtaracaq Türk ruhuna nar olasan
Nədir ol Sonsuz ilə Kamil olan?
Nədir ol Əbədiyə şamil olan?
Nədir ol Əzəlidən hasil olan?
Acasan bu sirri həmən elmi cahandar olasan
Dünyanı qurtaracaq Türk ruhuna nar olasan
Tanrıdan nizamlığa nazil olan
Nehrudan "ağlamağa" hazır olan
Barışı əzbəri -dil, adil olan
Tanıyıb budununu, sabahına yar olasan
Dünyanı qurtaracaq Türk ruhuna nar olasan
Həqqi məndə arayıb, Həqqə varan
Cahili Kamil edib,İnsan sayan
Kim idi xof qorxuyla hökm yapan
Atmış Ol beşcə yüzil ,bil ki,aşikar olasan
Dünyanı qurtaracaq Türk ruhuna nar olasan
O da kim?! gəl demədən Yol göstərən
Zoru yox ,yalanı yox göydən yetən
Yolunda Azadlığın candan keçən
Oxşa sən qartala ki,ovçuluqda sar olasan
Dunyanı qurtaracaq Türk ruhuna nar olasan
Kim idi eşq yoluna biyyət edən
Dərd ,Kədər,Qəm,Qüssəsiz....fəryad edən
Hicranın canı-dili ....həyat bilən
Ümmanı -sevgisi çox eşqinə qəmxar olasan
Dünyanı qurtaracaq Türk ruhuna nar olasan
Dəyişən ölümlüdür,dəyişmə sən
Dəyiş ki,Dəyişməz ol .ölməyəsən
Söylənər---Yox olanda Var Olasan
Bəs necə var olmadan Yoxluğuna Var olasan?
Dünyanı qurtaracaqTürk ruhuna nar olasan
nar---od,alov..... bu bir bağlama açan istərəm
5.0
100% (3)