0
Yorum
0
Beğeni
0,0
Puan
1500
Okunma

BABƏKLİYİMİZ---AZƏRBAYCANLIĞMIZ
Azad İnsan köləliyə sığışmaz
Qəfəsə salsanda,zəncirləsəndə
İşgəncə, zülümlə qəlbi dəyişməz
Danışan dilini möhürləsəndə
Babəkin içində Hürmüzd oduyla
Azadlıq yaratdı Şirvin Ruhuyla
Göstərdi qul olmaz hürr olumuyla
İnsanı doğrayıb parcalasanda
Xurrəmdin deyildi onun dininə
Vuruşdu köləlik xilafətinə
Ordular sarsıldı dəsti xəttinə
Dünyaya car oldu sirr saxlasan da
Azadlıq məktəbi Azərbaycanın
Nicatı ,ümidi bütün dünyanın
Xəyanət qurbanı oldu Smbatın
Dost düşmənini tanı ibrət al sən də
Palavra söyləndi,şərlər qoşuldu
Nəşəçi,şəhvətçi,nələr yozulduı
Qətlində İnamdan hürrü doğuldu
Yalanlar yapışmaz nələ desəndə
Babəkin Şirvini- əyməz ucaldar
Bir gün azadlıqda insan hürr yaşar
Qırx il qul olmağın səni alçaldar
Mütləqsiz mütisən azad gəzsəndə
İran Babəklikdən hər yanda qorxar
Azadlıq bayrağı Təbrizdən qalxar
Canım Azərbaycan əlındən qopar
Bu bir gün olacaq nə eyləsəndə
Necə Babəkimi diri soyursan
Üstünə min cürə böhtan qoyursan
Inanmam, qaniçən,qandan doyasan
Mələk tək hər kəsə qardaş desəndə
Azad Azərbaycan-- Babəkliyimdir
Bütöv Azərbaycan-- Babəkliyimdir
Ləyaqət,Şərəfim-- Babəkliyimdir
İradə ,Dəyanət-- Babəkliyimdir
Qüssə qəm karvanım-- Babəkliyimdir
Kədərdən Yüksəlmək-- Babəkliyimdir
Hicranla Həsrət də-- Babəkliyimdir
Vüqar da Qürur da-- Babəkliyimdir
Azad vətən özü-- Babəkliyimdir
Eşidin, qardaşlar ,Türk oğulları
Mənim bu harayım-- Babəkliyimdir