0
Yorum
0
Beğeni
0,0
Puan
1306
Okunma

dünya yarandımı,yaradıldımı?
Sorular,suallar cavabsız qalar.
dünya Mənasına vara bildimi?
Naşılar anlatar, müdriklər susar.
Dünyalıq olmasa dünya da yoxdur
Mənasız mənada Məna heç yoxdur
İnsanlar azalıb,adamlar çoxdur
Olanlar yox olar olmayan qalar
Adamlıq ölərsə adamlar olmaz
İnsan bitirəcək çiçəklər qalmaz
dünya Mənasından artıq olammaz
Bəşərlik Bəşərə bir Varlıq olar
Dağı Dağ eyləyən Dağlığındadır
Bağı bağ eyləyən Bağlığındadır
Mahiyyət--- İdrakın duymağındadır
Bağında Barlıqdır,Dağında Vüqar
Vətən Vətən olmaz olmasa Məna
Dünyanı yaşadan dünyada Məna
Adamda olmazsa İnsani Məna
Özünə çatmağa yollarsız qalar
Kimə günah yazaq ,kimi suçlayaq
Dünya düzələrmi,məhkəmə qursaq?
Bəşər ləyaqətsiz-----İnsan olmasaq
Babəklər,Yan Quslar doğranar,yanar
Nisbidə MÜTLƏQ var nisbidən üstün
Bəşərin Mənası bəşərdən üstün
Mahiyyət olmasa gerçəkdən üstün
gerçəyin varlığı bir yöxluq olar.