4
Yorum
6
Beğeni
5,0
Puan
665
Okunma
Şairlər dəli olur deyirlər
Şairlər dəli olur deyirlər!
Bir az çılğın,bir az durğun
Fikirləri qarışıq
Bir az da sərsəri olur deyirlər.
Şairlər sözlə oynayır,
Şair sözü cilalayır
Almaz kimi,
ən dəyərli daş-qaş kimi.
Şairlər dünyanın yükünü çəkər
fikrini çəkər.
Ancaq bir insan göstərin
Bir şairin çəkdiyini çəksin
Çəkməz, çəkə də bilməz.
Şairlər dünyanın ən gözəl rəsmini çəkər
Sözlə.
Amma bu rəsmi kimsə görməz
Şəkil olaraq gözlə.
Bir şair qələmində
Qara bir ərəb qızı
Sevgi simvolu oldu.
Bir şair qələmində
Sözlər toplanıb
Leylanın bəzədi.
Bir şair qələmində
Zehnində, təfəkküründə
Şeyx Sənan
Dinindən döndü,çoban oldu,
Donuz otardı....
Bir şair qələmində,
bir aşığın dilində,
Kərəm eşqi üçün yanan oldu.
Züleyxa eşqindən yalan dedi,
Aşıq Yaxşısına nakam getdi.
İlahi,belə də eşq olar?!
Demək ki var,
Bir şairin qəlbində
yerin tutan arzular,
Bir şah əsər yaradar
Buna görə də məncə
Şairlər dəli olur deyirlər.
Heç haqsız da deyillər
Çünki, dəlilik igidlik anlamıdır
Şairlər də igiddir,dəlidir!
Fərid Muradzadə
5.0
100% (3)