2
Yorum
5
Beğeni
5,0
Puan
857
Okunma
Daha küsüb ilhamım
Şeir yazmıram ki mən.
Dərd məni dilləndirir
Dərdim dilə gələndə,
Qəlbim fəqan edəndə,
Dərdimi misra-misra
Varağa köçürürəm,
Hirsimi öldürürəm.
Qəm də küsür arabir,
Küsür, biganəlikdən.
Halım pərişan olur,
Qorxur divanəlikdən.
İnciyib qələm əldən
Əl də küsüb könüldən.
Bezib cisimdən daha,
Mənim divanə ruhum.
İstəyir çıxa candan
Bu balaca məkandan.
Cisim zəncirə vurub,
Mənim azad ruhumu.
Axı kimə ərz edim,
Bu mücərrəd durumu.
Çıxıb gedim deyirəm
Mən bu yalan dünyadan.
Gedə bilsəm buradan
Bəlkə firavan ollam?
Heyhat,əfsus təəssüf !
Arzular heçə döndü,
Ümidlər boşa çıxdı.
Yoxluqdan var istəyim
Xəyal dünyamı yıxdı.
İndi şeir yazmıram
Dərdlərimi yazıram.
Dərdin sonu görünmür
Yazsam da qalaq-qalaq .
Söylə, nolar ilahi
Dərd nə zaman bitəcək,
Nə zaman qurtaracaq?!
Fərid Muradzadə
5.0
100% (3)