3
Yorum
7
Beğeni
5,0
Puan
1051
Okunma
Hicrana son qoyaq,
Həsrəti unudaq,
Gəl ki biz bir olaq,
Sevgilim....
Ən əziz insanım,
Qədrin bil hər anın,
Qəlbimin sultanı,
Sevgilim.....
Ömrümün mənası,
Könlümün dünyası,
Sonalar sonası,
Sevgilim.....
Varmıdır xəbərin,
Şirindir sözlərin,
Aladır gözlərin,
Sevgilim.....
Həsrətin nə yaman,
Sənsiz ötmür zaman,
Ey həlim, mehriban,
Sevgilim.....
Başım dizlərində,
Əlim əllərində,
Yatam gözlərində,
Sevgilim.....
Fərid Muradzadə.
5.0
100% (5)