0
Yorum
3
Beğeni
5,0
Puan
986
Okunma
Apardı xəyallar uzağa məni,
O sənli günlərə qayıtdım yenə.
Qəmli gözlərimin yaşı qurumur,
Bir ömür məhkumam sənin eşqinə.
Yenə dilə gəldi xatirələrim,
Yenə vərəqləndi köhnə dəftərim,
Yenə silkələndi bütün dərdlərim,
Bir yanan olmadı mənim dərdimə.
Ulduzlar sayrışır, göyün üzündə,
Bulud da inciyib mavi səmadan,
Ay da mənim kimi təkdir, tənhadır,
O da yarımayıb əhdə vəfadan.
Gözüm göy üzündən yaralanıbdır,
Ulduzlar ox olub batıb gözümə.
Dumanlı xəyallar haçalanıbdır
Ordan bir məsum qız baxır üzümə.
Fərid Muradzadə
5.0
100% (1)