3
Yorum
6
Beğeni
5,0
Puan
799
Okunma
Turana gedən yol
Çəkilib araya tikanlı sərhəd,
Neçə canlar alıb bu qanlı sərhəd.
Araz taleyinə sərhəd yazıldı,
Hansı qanla əllə qismət yazıldı?
O hansı soysuzdu soyu qurutdu,
Urmiya gölündə suyu qurutdu.
O hansı dindardır kafirlə əlbir,
Bir xalqı sorğusuz ikiyə bölür.
Hanı tarixlərin qədim Təbrizi?
Dövlətlər paytaxtı, dövlət mərkəzi.
Burda məşrutələr acı sonlandı
21 Azər də qana boyandı.
Sonra bir qəribə inqilab oldu,
Hər şey dəyişildi, lap bərbad oldu.
İstibdad dəyişdi orda donunu,
Rejim hey sümürür xalqın qanını.
Din deyib inancı heçə endilər,
Mənliyi, ərliyi yerə gömdülər.
Təpədən dırnağa şeytan olanlar,
Söylədi nə qədər şirin yalanlar.
Amma bu millətin ruhu mübariz,
Hələ də qaynayır aramla Təbriz!
Ey Turan mülkünün yetkin övladı,
Eşit, qurd ürəkli türkün övladı.
Ələ olanları xəlbirdən keçir
Gözündən,könlündən, qəlbindən keçir,
Anla, yaddaşına həkk elə bunu
Turana gedən yol Təbrizdən keçir!
Fərid Muradzadə
5.0
100% (5)