1
Yorum
4
Beğeni
5,0
Puan
940
Okunma
İlahi, mənə yer ver,
Bir çuxura axım mən.
Bir ovuc su olmuşam,
Söylə, hara axım mən?
Sol tərəfim quruyub,
Ümidlər ölüb artıq.
Məni kədər bürüyüb,
Sevinc tərk edib artıq.
Bu sonsuz kainatda,
Sənə sığınıram mən.
Bu amansız həyatda,
Yaman sıxılıram mən.
İlahi, bu dünyada ,
Əhdə vəfa görmədim.
Çox çəkdim cəfasını
Zövqü-səfa görmədim.
İlahi, mənzilimə
Yolumu yaxın eylə.
Dərgahında yer ayır,
Dünya dolub gileylə.
Fərid Muradzadə
5.0
100% (3)