4
Yorum
7
Beğeni
5,0
Puan
1207
Okunma
Kim yıxandır,kim yıxılan
Kim azandır, kim azdıran,
Sual etdim dəli ozan,
Buyur buna cavab eylə.
Bir diz üstə dişin tökən,
Diri-diri cismin gömən,
Hansı şeyxdir ,dindən dönən,
Buyur buna cavab eylə.
O nədir ki işıq saçar,
Öz oduna özü yanar,
O nədir ki özün yaxar,
Buyur buna cavab eylə.
O kimdir ki tən bölündü,
O nədir ki kəm bölündü,
Nə var oldu çən bölündü,
Buyur buna cavab eylə.
Kimdir dar ağacın yenən,
,,Dar ağacı, salam " deyən,
Mən səninlə varam deyən,
Buyur buna cavab eylə.
Fərid Muradzadə.
02.12.2018. 00:19
5.0
100% (4)