0
Yorum
3
Beğeni
5,0
Puan
718
Okunma
Xəyanət ikiağlzlı xəncər kimidir,
Ağzını göstərər, arxası ilə kəsər.
Yarası ağır olar, bir ömürlük sağalmaz,
Ürəyində iz qoyar, şırım açar,
Ölənədək unudulmaz.
Xəyanət bədənini satan fahişə kimidir,
Əxlaqı olmaz, ərkanı olmaz.
Xəyanət nəşə kimidir,
Uydurar, beynini qurudar
Səni öz məngənəsində sıxar,
sıxar əzablar içində.
Sevgini öldürər içində...
Dəli olarsan
Unuda bilməzsən, unudularsan.
Xəyanət şahmar ilandır
Qoynunda bəsləyərsən, yemləyərsən,
Amma qəfil çalar səni şah damarından!
Xəyanət pantomimo aktrisası kimidir
Dilsiz,lal sükunət içində
Qıvrıla-qıvrıla şəhvətli oynayar
alçaq oyunlarını.
Səni inandırar, qandırar
Dolama yollarda yüz dəfə dolandırar.
Sonra da uçurumdan atar aşağı
Vicdansızlıq tonqalına
Yanarsan diri-diri
Qabarlı yaraların görünməz
Ürəyinə düşən ləkə
Ruhundan da silinməz.
Xəyanət belədir
Məqamı yetənə qədər
Nə görünməz nə bilinməz....
Fərid Muradzadə
5.0
100% (2)