1
Yorum
3
Beğeni
5,0
Puan
761
Okunma
Səni çox sevmişəm, payız,
Özümdən gizli-gizli.
Səni çox sevmişəm, payız,
Gözümdən gizli-gizli.
Səni çox sevmişəm, payız
Dəli kimi sevmişəm,
Bir qadını sevmədiyim hiss ilə,
Ülvi istək ilə, ülvi həzz ilə.,
Bəzən bilərək, istəyərək,
Sənin üçün
Acı-acı göz yaşları tökmüşəm.
Səni çox sevmişəm, payız!
Sənin üçün ölmüşəm,dirilmişəm.
Yüz kərə, min kərə
Torpağa gölmüşəm,
Səni çox sevmişəm, payız .
Bir vaxtlar bilməmişəm
Dəli tək sevdiyimi.
O vaxtlar üzdən sevirdim
Sevirdim gördüyümü.
O vaxtlar ömrümün baharı idi
Xəzan yetişməmişdi,
Sarı ,qızılı payız
Ömrümə gəlməmişdi
Yəni sən gəlməmişdin.
Sən gəldin, gələn kimi,
Mən səni sevdim...
Qızılı rəngdə, qızılı payız.
Ömrün ən dəyərli ən şirin çağı
Payız....
Ən məlhəm, ən məhrəm qız
Səni çox sevmişəm,payız!
Fərid Muradzadə
13.09.2018.
5.0
100% (2)