2
Yorum
5
Beğeni
5,0
Puan
942
Okunma
Göz yaşını sel elədim,
Gözlərini göl elədim,
Saçlarına dən ələdim,
Bağışla məni, bağışla.
Tutammadım əllərini,
Sevəmmədim gözlərini,
Daramadım tellərini,
Bağışla məni, bağışla.
Dedin yəqin gəlib-keçər,
Ömür-günün oldu hədər,
Ay üzünü tutdu kədər,
Bağışla məni, bağışla.
Muma dönüb sıxılmışam,
Vicdanımdan asılmışam,
Gecdir, indi ayılmışam,
Bağışla məni, bağışla.
Fərid Muradzadə
5.0
100% (2)