5
Yorum
5
Beğeni
5,0
Puan
632
Okunma
Sorma insan əhlindən, meyxanələrdən sor məni.
Şəmə canın yandıran pərvanələrdən sor məni.
Məndə bir mən gizlənib sığmır bu aciz cismimə,
Hücrələr yetməz mənə kaşanələrdən sor məni.
Girdim adəm cisminə ,söylər bunu ruhum belə
Mən bu candan çıxacam sən xanələrdən sor məni.
Baxma aciz bəndəyəm , ruhum Allah rəvvanıdır,
Sən də tərsa balası rəvanələrdən sor məni.
Zülfüqarəm ey sənəm, mən ki özümdə itmişəm,
Gər çi sən məndən deyil, peymanələrdən sor məni.
Fərid Muradzadə.
24.12.2018. 20:30
5.0
100% (4)