5
Yorum
7
Beğeni
5,0
Puan
861
Okunma
Dünyanın yükünü çəkdim,
Öz yükümü çəkəmmədim
Yoruldum.....
Yoruldum ikiüzlülərdən,
Yoruldum xisləti məkrli,
Hiyləgər tülkülərdən.
Yorulmadım savaşdan,
Yorulmadım
Hər gün çəkdiyim əzabdan,
gileydən, intizardan.
Yoruldum nadanlardan,
anlamazdan, qanmazdan.
Yoruldum Nizamiyə fars,
Xəyyama əyyaş
Xaqaniyə nəsturi
Füzuliyə şikayətçi,
Hadiyə anlaqsız,
Məshətiyə əxlaqsız
Nəsimiyə qəliz
Cəlladlara rəhbərimiz
deyənlərdən!
Yoruldum hələ də
Bakıxanova Razin,
Qədim Gəncəyə
Bu gün də Kirovabad deyənlərdən.
Yoruldum
Atatürkü ateist,
Nazim Hikməti kommunist,
Şarlatanaı dindar
Zalımı adil hökmdar
olan cəmiyyətdən,
Utandım belə cinayətdən.
Yoruldum sandıq tulası kimi,
Anım tədbirlərində
faciəmizə çəpik çalanlardan....
Yoruldum
Işğal günlərini boş-boş vədlərlə
Təmtəraqla qeyd edib,
Saxta danışanlardan.
Yoruldum ATƏT -dən ,,kömək" umanlardan.
,,Sülh ilə torpaq alanlardan"
Yoruldum cılız düşüncə aşılayan,
Boynuyoğun milyoner məmurlardan,
Xalqdan dəm vurub özlərini qoruyanlardan.
Yoruldum neft səltənətində
milyonlar, milyonçular ölkəsində
Yarıac, yalavac vətəndaşların
naləsindən.
Dünyanın yükünü çəkdim,
Öz yükümü çəkəmmədim
Yoruldum.....
Mənim yüküm bu millətin yüküdür!!
Mənsə onu çəkəmmirəm
Yoruldum!!!...
Fərid Muradzadə
5.0
100% (4)