1
Yorum
3
Beğeni
5,0
Puan
1047
Okunma
"""
"""
Okula bir getdik,
bir oxuduq universitəni,
bir qoxladıq kirayə
evlərin kif qoxusunu,
bir çəkdik başımıza
yüz qram rus vodkasını,
o dişləyən pendiri
mən qapdım,
mən kəsən əppəkdən
o qopardı,
hər ikimiz ucundan
bir az qopardıq...
xazeykanın əta etdiyi
xiyar turşusunu,
hələ çocuq duduşuna
bənzətdik naşükürcəsinə...
Bir böyüdük çiyin-çiyinə,
mən velvet o kot pantalonda,
siçan sidiyi daman
tavana qədər böyüdük.
Və böyüdük...
Hər zamanın sonrası
olmuş olur ya...
Sonraları əvvəllərindən
fərqli yaşanar,
nədən ki,həyat qanunlarını sevər,
insanlarını deyil.
Biz də yaşadıq böyləcə,
həyata uyub,
ayrı-ayrı şəhərlərdə
başqa-başqa yaşadıq,
başqa cür yaşadıq,
mən qürura,o nəfsə dayanıb
göylər ipimizi üzənə kimi.
Və öldük...
Ayrı-ayrı yerlərdə,
başqa-başqa bucaqlarda
bir torpağa gömüldük,
mənimki azacıq gilli soyuq,
onunku azacıq qumlu sıcaq.
Məndən sonra beş-on
söz qaldı,
ondan sonra beş-on daş.
Mənim sözlərimi
onun daşlarına yazdılar.
Gəldilər baxdılar,
"nə gözəl sözlərdi"-söylədilər,
amma daşı öymədilər...
Həyatın gerçək fəlsəfəsi
budur,qaliba.
"""
xazeyka (rusca)-ev sahibəsi
5.0
100% (3)