2
Yorum
2
Beğeni
5,0
Puan
1082
Okunma
Düzülmüsən sıra sıra,
Çeşmələrin tüm sırsıra,
Ciğırları bura bura
Gedim hankı yönə dağlar,
Darıxmışam yenə dağlar.
Yağan yerin burası mı,
Heç yağmağın sırası mı,
Gözlərinin qorası mı
Qayalarda zinə, dağlar,
Darıxmışam yenə,dağlar.
Yedəyində təpələrin,
Dərələrin dərin dərin,
Başdan aşır dərdin sərin,
Söyləsənə mənə,dağlar,
Darıxmışam yenə,dağlar.
Yelin əsər,qoxularam,
Daşın üstə yuxularam,
Tut əlimdən,yıxılar am,
Qaldır,qalxım sənə dağlar,
Darıxmışam yenə,dağlar.
Ormanların qarmalanıb,
Çaylaqların torbalanıb,
Ovun,quşun şorbalanıb,
Ağla belə günə dağlar,
Darıxmışam yenə dağlar.
5.0
100% (2)