0
Yorum
0
Beğeni
0,0
Puan
862
Okunma
Dünya iki,tirələnib,
Ərşi yer yer bərələnib,
Cənnətki var,kirələnib.. .
Daha ölməyə qorxuram.
Küsəm əli yalınlara,
Susan gönü qalınlara,
Möhür dəyən alınlara
Baxıb gülməyə qorxuram.
Bərəkət nere çəkilmiş,
Üzünə qara çəkilmiş,
Bilənlər dara çəkilmiş...
Koram,bilməyə qorxuram.
Gethaget dağdan geçmişəm,
Zamanı çağdan geçmişəm,
Şaşmışam sağdan geçmişəm,
Dönüb gəlməyə qorxuram.
Quru yanir yaşın üstdə,
Hakim qardaş başın üstdə
Hak yazılıb daşın üstdə...
Alıb silməyə qorxuram.