1
Yorum
2
Beğeni
5,0
Puan
971
Okunma
Dolaqlarında gəzim var,
Gəzdiyim yerdə izim var,
Deyəcəyim cox sözüm var,
Mənim dağlara,dağlara.
Suyun içrsən,turş kimi,
Yağmuru soyuq duş kimi,
Havalandırın quş kimi,
Enim dağlara,dağlara.
Ruzgarları çapa çapa,
Yeli yatmır ipə sapa,
Buludları topa topa
Qənim dağlara,dağlara.
Duman yola yan verəndə,
Səngiyib aman verəndə,
Qoyun məni can verəndə
Yönüm dağlara,dağlara.
Göylər topunu atmadı,
Mürgülədim,oyatmadı,
Bu yer gönlümə yatmadı,
Dönüm dağlara,dağlara.
5.0
100% (2)