1
Yorum
0
Beğeni
5,0
Puan
1808
Okunma

Dağlarda ,erməni ilə sınır bölgəsində Gədəbəydə-(-gədik bəylərı) yaşayan bir arkadaşımdan---Qoruyurddan dağların halını sordum.
Dedi:---necə olacaq ?düşmən tapdağında.........
Dağların halını sordum qardaşdan
Dağlar yerindədir ,halı pərişan
Yağı tapdağında ,dostdan nigaran
Dağlar yerindədir, halı pərişan
Əzəmət ,Vüqarın düşmən alammaz
Əsir yaylaqlarım zindanda qalmaz
Lalə ,nərgizləri çiçəklər açmaz
Dağlar yerindədir, halı pərişan
O yalçın qayalar Məğrur dayanar
Yağıya bac verir ,ondan utanar
Oylaqlar neyləsin,bizik günahkar
Dağlar yerindədir ,halı pərişan
Çağlayan bulaqlar gözünün yaşı
Qəm,Kədər həmdəmi Ömür yoldaşı
Əyilməz,Yenilməz Göylər qardaşı
Dağlar yerindədir, halı pərişan
Dağlara söylə ki,ürəymiz dağlı
Həsrət bağçamızda gül intizarlı
Hər qarlı zimistan sonda baharlı
Dağlar yerindədir, halı pərişan
Dağların özünü düşmən alsa da
Çatammaz Vüqarna yüz il qalsa da
Babək tək Azaddır əsir olsa da
Əzəmət Qürurlu, halı pərişan
Türkumun dağı da yağı yuvası
Ağriyir Şəmkirdən Ağrı yarası
Ağrı da Murğuz da gözüm qarası
Ürəymin parası, halı pərişan
zimistan---qış deməkdir
5.0
100% (1)