4
Yorum
2
Beğeni
5,0
Puan
1462
Okunma

Qələm əlimdədir,kağız önümdə
Könlümün Qəmini yaza bilmirəm
Ciyər paralayan Ana Fəryadın
Ata hıçkırtısın yaza bilmirəm
Balasın istəyir,açılan qolu
Anaya nə deyək?,gözümüz dolu
Təsəlli Vətəndir, Bayraq Haqq Yolu
Ana Fəryadını yaza bilmirəm
Hər Vətən Şəhidi mənim də balam
O gələn mərmiyə bir sipər olam
Dağları dağıdam, yağını bulam
Özümdə Qüvvəti yaza bilmirəm
Ananı Yavrusu dağladı ,getdi
Bu Yanğı,Fəryada Səbrmi yetdi
Səbr deyə-deyə qırıldı ,bitdi
Üsyan Harayımı yaza bilmirəm
Xəbəri alandan bu gün səhərdən
Söz tapa bilmirəm Qüssə Qəhərdən
Kədər ,Qəm yoldaşım hayqırır hər dəm
Hocam, bu halımı yaza bimirəm
Ananın yanğısın yaza bilmirəm
Babanın haraynı yaza bilmirəm
Qardaşın Dərdini yaza bilmirəm
Bacının Qəmini yaza bilmirəm
Məhmədmə YANIRAM yaza bilmirəm
türkiyədə pusuya düşüb şəhid olan 13 mehmetçiyə ithaf edirəm
5.0
100% (3)