1
Yorum
1
Beğeni
5,0
Puan
1807
Okunma

Çiçəkdə çiçəyi ,dağda dagları
Ormanda ormanı ,bağda bağları
Sıldırım qayanı ,tək ağacları
Gözəllik ,Əzəmət, nələr bağlayır
Bağda bar-bəhərdir,qaya yenilməz
Tək ağac tənhalıq ,amma əyilməz
Ormanda pıçıltı, pünhan bilinməz
Ana təbiəti nələr bağlayır!?
Dağların dumanı namus örpəyi
Qar,yağış,ruzgarı kədər görməyi
Qəmdən yüksəlışı,Vüqar örnəyi
İradə,Dözümü Məğrur saxlayır
Dənizin söhbəti---ümman nəğməsi
Çayların mahnısı---Layla deməsi
Çəmənin xalçası---yazın gəlməsi
Təbiət köksündə nələr saxlayır
Yarımçıq olanlar tamam Yalandır
Əyilməz,Yenilməz Bütöv qalandır
Vüqar,Əzəmətim Mütləq olandır
Əbədi ,Kamili Əzəl saxlayır
5.0
100% (1)