1
Yorum
0
Beğeni
5,0
Puan
2299
Okunma

Nədən ol cünuni -aləm ,dünyadan etməz əta
Leylisi anlamadı oldu hazır yarə fəda
Məcnunun naləsi,dərd qəmi ilə göylərdədir
Enməz ol dərd zirvəsin enməməyə çarə-- fəda
Tuş gəlıb Lelisinə səhralara üz çevirir
Kim imiş,deyilmidir məcnunu bu Leylə fəda
Daşıadı ləşkərini Nofəlın ol yardımını
Ləşkəri- ibni Səlam cənginə biçarə fəda
Varmıdır anlayanı bu avara sərgərdanı
Mənə də yazsın onu ol yazıda halə fəda
Nə səbəbdən "üzaq ol" iraq tutar Leylisini
Məgər ol Qeyis deyilmi ,eyləmiş canı fəda
Məcnunun məhəbbəti göstəribdi Məna bizə
Mənaya yetdi ki,Qeys sevgili can.... canə fəda
Zamanı aşmasıdır Məcnunluğun dəlı halı
Ondan ol zaman üçün anlayana olsam fəda
Düşdüyüm müşgüli hal qəmdə tutar ruhi canım
Ellinin cismi də kaş gül ilə gülşənə fəda
5.0
100% (1)