0
Yorum
0
Beğeni
0,0
Puan
1387
Okunma
Dədə Qorqud soyuna ,qopuzmuza sahib olaq,
Göylərə,Azadlığa Saz ,Muğamla talib olaq
Həqiqət işıqiyla qaranığı aydın edək
Car çəkək Bəşəryətə Ləyaqətə sarvan olaq
Azad olmaq Fərəhi Babəkimin dan ulduzu
Od olaq Ocağına, olammasaq----şamdan olaq
Yükmüzə bərabərincə var bizim Fərəhimiz
Gəl aşaq gerçəkliyi, Mahiyyətə Məna olaq
Olmuşuq tayi-bərabər şəbi -hicranə yanan
Bəxtımiz oyanmasın,xalq oyadan əfqan olaq
Cahanın fövqündəyəm,söyləmə la- məkan mənə
Dünyadan üstün olan Vətən üçün sakin olaq
Əzəlı ,Kamil olan Sonsuza varmaq istəyək
Qovuşaq tarixlərə bir Əbədi İnsan olaq
Ey könül gəl Həyatdan Amallaşaq,özümləşək
ELLİ ismini ucaldaq Şükürə qalib olaq