2
Yorum
0
Beğeni
5,0
Puan
890
Okunma

Əzəlı,Əbədi,Kamil---Olandır
Nisbi olanları uzaq dolandır
Mütləqə tapınan daim qalandır
Nısbidən Mütləqi secən istərəm
Qəlbini pak edə, daxilin yuya
Özüylə döyüşə, Kamalı duya
Adamdan İnsana Ruhun yoluyla
Həyatdan Amala yetən istərəm
Bu maddi dünyanı inkar eyləyə
Ruhani Cəmiyyət Yolun söyləyə
Zəhmətkeş mulkyətə-- doğru yol deyə
Mənliyni varından üstün istərəm
Köksündə döyünə Müstəqil Vətən
Ata Yurdu üçün canından keçən
Vətən dünyadan çox üstün deyən
Əlləri xınalı qurban istərəm
Şərq Qərbə qarışdı ,özün itirdi
Ruhundan ayrıldı ,canın bitirdi
Avropa Asyaya dərslər gətirdi
Şərqi -- Özümlüynə dönən istərəm
5.0
100% (2)