1
Yorum
0
Beğeni
5,0
Puan
982
Okunma

QAĞA --AZƏRBAYCANIN ÇOX BÖLĞƏLƏRİNDƏ VƏ O CÜMLƏDƏN BİZİM KÖYDƏ BÖYÜK QARDAŞA --AĞABƏYƏ (ABİ) MÜRACİƏT. HÖRMƏTLƏ ÖZÜNDƏN 3-5 YAŞ BÖYÜK OLANA EDİLƏN MÜRACİƏT
Eylədim öz- özümə sorğu- suallar ,a qağa
Çıxam Adamdan olam İnsana həmvar ,a qağa
Eylədim elani -cəng mənlərimə mən Mən ilə
Doluşub qəlb evimə tülkü ,canavar a qağa
Döyüşə girmək üçün bulmağımız müşküli- kar
Kimi sorsan - "pak olan", kimdi günahkar ,a qağa
Edəməzsən yoxacan ,əsarətin pilləsini
Var ikən qəlb evində kölə ,ağalar ,a qağa
Gör neçə nərlərin ovsarı ilişib ulağa
Hansı axmaq dəvəni eşşəyə bağlar ,a qağa
Bundan artıqmı olacaq axsaq ilə kora qalan
Dünyada haqqa çatıbmı,haqq olanlar ,a qağa
Yaltağa kimliyini söyləyəndə görsə idin
Üstümə həmən hücumda bu qoçaqlar ,a qağa
Məni yandırmaz idi üstümə gəlsə rus, nemes
Şad olam ki, döyüşüm ,qartal ilə sar, a qağa
Dünyanı gəl ötəlim ,gerçəkliyin mənasına
Şükürümdən ucaya Ellilərə var ,a qağa
5.0
100% (1)