1
Yorum
0
Beğeni
0,0
Puan
1385
Okunma

Fransızın Hüqosu var,səfillri car eyləyən,
Fyodorun insan dərsi,rus xalqını var eyləyən
Aristotel,Sokrat dahi,Fəlsəfəci Kantdır deyən
Zəka məndə----həşir salıb,aşağıya qoyma məni
İmam Hüseyin Şəhidlikdən bircə addım çəkilməzdir
Jannaların,Yan Qusların Əqidəsi yenilməzdir
Cordanolar,Karbışevlər,Qalileylər Əyilməzdir
Hər kəlməndə diktə edib, bilməz yernə qoyma məni
Danma məni,qoca Dünya ,Füzulimi görmədinmi?
Nəimimi,Nəsimimi,Həllacımı soymadınmı?
Babəkimə ,Koroğluma gözlərini yummadınmı?
Dünya bizik sən heç kimsən söyləyib də söymə məni
Mənliyimin Zirvəsində cövlan edən Yunusum var
Əhrimənlə savaş quran,Şirvin, Hürmüzd ,Ulusum var
Tarixlərə möhür vuran Ədalətli Türk Soyum var
Parçalayıb ,kiçik deyib,heç yerinə qoyma məni
Bir əsrdə dörd inqilab tariximə yazılıbdı
Türkiyəmin Şərəf Yolu salnamə tək yazılıbdı
Həqiqətim,Ədalətim,Kİtabında azalıbdı
Yalanlara doğru deyib diri -diri soyma məni
Atatürkəm,dünya ilə sinə gərib savaş etdim
Əminəm mən dövlət qurub,hökmət qurub hürrə yetdim
Borçalımı ,Kərkükümü bu gün üçün Güzəşt etdim
Ağrı ,Vana,Qarabağa mənim deyib oyma məni.