2
Yorum
2
Beğeni
5,0
Puan
1280
Okunma

Dünyada dünyalıq olmasa əgər
Dünya tez dağılar,heç yaşamazdı
Həyatı mənası Mütləq var edər
olmayan gerçəkdən üstün olmazdı
Cəmiyyət yaradır ,qaydalar qoyur
Nə qətldən çəkınır,nə qandan doyur
Yan Quslar yandırır,Həllaclar soyur
İnsan olsa Adam bunu yapmazdı
Teymur kəllələrdən binalar tikdi
Hitlerin faşizmi nə qanlar tökdü
İnsan əyilmədi,adamlar çökdü
İnsan olsa adam bunu yapmazdı
İnsanlıq Əzəldir, İnsanlıq Sonsuz
İnsanlıq Əbədi,Kamil nöqsansız
İnsanlıq yoxdursa Bəşər yox onsuz
Mütləq olmasaydı İnsan olmazdı
Mahiyyət Mənanın tamamındadır
Dünya mənasında olmağındadır
Hürmüzd Əhriməni vurmağındadır
Adam olsa insan buna çatmazdı
5.0
100% (3)