1
Yorum
0
Beğeni
5,0
Puan
1085
Okunma
ÖZÜNƏ DÖN
Türk balası ,özünə dön,özgələrə yamanma
Sənə düşmən kəsilənə dirək olub dayanma
Türkə qalib olan hanı ,türk özünü vurmasa?
Sumbat kimi alçaqlara ,xainlərə uymasa
Çaldıranda qələbəylə məğlub etdin özünü
Öz əlinlə vurub tökdün doğma qardaş gözünü
Parlamana top tuşladın iyirmidə fərəhlə
Çaxdın düşmən xəncərini sinəmizə ürəklə
Qeyrət çəkən oğulların qurban gedir Vətənə
Oynama gəl erməninin hiylə ,fəsad,məkrinə
Hər yetənə qardaş deyıb məclisinə gətirmə
Göyçə, Gümrü əldən gedib Borcalını itirmə
Yumruq olub ,ildırım tək şaqqılda sən tufanda
Göy Tanrımın təbəssümü qoy parlasın cahanda
Hiylə məkri buraxmasan bir addım da yaxına
Kim kim ola ,bacararmı türk oğluna toxuna?
5.0
100% (1)