0
Yorum
1
Beğeni
0,0
Puan
1161
Okunma
Mən bir türkəm
Mən bir türkəm Oğuz elli
Füzulim var ,Nəsimim var
Məhəbbətim Göydən gələr
Zərdüştüm var Yunusum var
Göylərimin ənginliyi
Babəkimin Şirvinliyi
Türkmənçayın bədbinliyi
Kədərim var fərəhim var
Dədə Qorqud ağsaqqalım
Muğamımda gəl uçalım
Saz sözümlə qucaqlaşım
Mütləq yola səfərim var
Təbiətin doğal odu
Ürəyimdə yanan odu
Əhriməni yaxan odu
Paylaşmağa həvəsim var
Qarbağım ürək yaram
Urmiya təbrizə varam
Sərhədləri vurub yaram
Ərdəbilə xəbərim var
Mütləqçiyəm Amal yolum
Insanlaşmaq İnam yolum
Türk elinə qurban olum
Turan kimi vətənim var