2
Yorum
1
Beğeni
5,0
Puan
1336
Okunma

HƏSRƏT
Qayalar Məğrurdur,dağlar Vüqarlı
orman pıcıltılı,çəmən Qayğılı
Dəniz Əzəmətli,səhra Yanğılı
Əzəmət,Vüqara qalmışam həsrət
Tək palıd ağacı təpə üstündə
Ayrılıq şarkısın söylər özündə
Dərd Kədər yüksələr hər bir sözündə
Qəmli kölgəsinə olmuşam həsrət
Dədəm Qorquddandır dağların qarı
Hürmüzd odundandır Novruz tonqalı
Göydə buluddandır bərəkət barı
İldırım nərəsinə olmuşam həsrət
Çəmənlər ağlayır,orman özləyir
Səhralar tək qalıb sahib gözləyir
Dumanlar çiskinlər sirlər söyləyir
Hicran göz yaşlarna qalmışam həsrət
Qaya məgrurluğunu içində çəkən
Əzəmət ,Vüqarın Çiynində çəkən
Devlətlər yaradıb saraylar tikən
Alpərən Türklərə qalmışam həsrət
Arazı qurudam,Təbrizə qaçam
Əsir qardaşımla həp qucaqlaşam
Eşqimi,Kədərmi sazla paylaşam
Urmiya ,Təbrizə olmuşam həsrət
Saflığın paklığın aynası bulaq
Vətən Çəməninin gülləri olaq
Çay kimi çağlayıb dəniz tək dolaq
Dəlı fırtınaya qalmışam həsrət
Sıldırım qayalar alınmaz ordu
Günəşin şəfəqi üzümdə soldu
İnsanlıq dünyama Qaranlıq yoldu
Şəfəqə Şöləyə olmuşam həsrət
Midyam dağıdıldı,Şumer yox oldu
Çaldıran davası ürəymə qordu
Babəkin kəsilən qolları dondu
Məyusluq halımla ağuşa həsrət
Təsəllim Türkiyəm,Azərbaycanım
Qirğızım,Qazağım,Türkmənistanım,
Bağımsız Tatarım,Özbəkistanım
Uyğura ,Kərkükə qalmışam həsrət
Mütləq bir varlığam içimdə İnsan
Amaldır Bəşərə Nur İşıq saçan
Adamlar içindən İnsanlar seçən
Ata Evladına qalmışam həsrət
5.0
100% (2)