0
Yorum
0
Beğeni
0,0
Puan
123
Okunma
Minnillərdi müjdəsi verilən altın çağım
Arzularım ovcumda turab oldu gəlmədin
Yollara pərçimlənib intizarlı bakışlar
Gözləməkdən gözlərim harab oldu gəlmədin
Fəryadlar, ah-u zarlar ərşə çıkmış, nə haldır?
Bir Məsih zühr etməsə, düzəlməsi muhaldır
İnsanlığın namusu, iffəti payimaldır
Məzlumun boynu bükük, bitab oldu gəlmədin
Yetməzmi azğın zalım, yetməzmi bunca kinin?
Yokmu məzalım dünya, bir təsəllin, təskinin
Zülüm ilə inləyən yetim, yesir, miskinin
Göz yaşı heyranlara şərab oldu gəlmədin
Bir gün sən qayıdınca qırılacaqdı bütlər
Yusifimin önündə sınacaqdı kilidlər
Ağ atlı igidimsən, dönüşünə ümitlər
Arkan ilə səpilən gülab oldu gəlmədin
Həsrətindən qurudu, çoraq oldu vadilər
Sularda səni gəzdi yaşıl başlı badilər
Səni müjdələdilər, gələn tüm münadilər
Səndən öncə dastanın kitab oldu gəlmədin
İnsanlığın adından gündə min kəs əyilim
Səcdə-səcdə yalvarım, duada qalsın əlim
Gəl artıq altın nəsil, çin olsun altın dilim
Gəlişin çok gec oldu, əzab oldu gəlmədin