0
Yorum
0
Beğeni
0,0
Puan
106
Okunma
Buharada bir akşam
Sığışmır ürəyimə
Çılğın-çılğın hislərim
Hayaller pırıl-pırıl
Duyğular ilmə-ilmə
Yelkən açmış səmaya
Qıratın qanadında
Qonur ulduzdan aya
Nədir ey nazlı şəhər?
Nədir səndəki əsrar?
Niyə ahı hər səfər
Ruhum səndə dil açar
Ağuşunda dincəlir
Bu hasta ürəyimə
Minbir ilhamlar gəlir
Buludun pambıq-pambıq
Göylərin lacivərtdən
Kölgəsində nə varsa
Çıkarır məni dərtdən
Dərdimə əlacımsan
Nə çəkirsən qayğımı?
Qardaşımsan? Bacımsan?
Niyə insanlar sənə
akışsın yığın-yığın
Allah üçün desənə
Nədən bu doğmalığın?
Elə zən eləyirəm
Min illərdi mənimsən
Ovsununda deyirəm
Sən də bir vətənimsən!