0
Yorum
1
Beğeni
0,0
Puan
123
Okunma
Yenə buram-buram hislər sarmalı
İçimdə qaynaşıb şeirə dönür
Hardan başlamalı, hara varmalı?
Bütün mənfilərim heyirə dönür
Duyğu qədəm basır söz surətinə
İplərə düzülür incilər kimi
Hərə vabəstədir öz sirətinə
Sözünün quludur alsan hər kimi
Hərənin bir cürə anlayışı var
Sözün sərrafları sözü bəlləyər
Haçan qaynayanda zərif duyğular
Çok vaht mövzusunu özü bəlləyər
Yahşı söz tez tapır müştərisini
Bağlı könüllərə dalmaq çətindir
Verir elçilərə öz hərisini
Hamıdan alqışlar almaq çətindir
Bir şirin söz ilə könlün yaz olar
Ən böyük hədiyyə söz sadağası
Nə qədər şükr etsəm bəlkə az olar
Allahın quluyam, sözün ağası